Gömrük rüsumları

Mündəricat

Rüsumsuz idxal həddi aşıldıqda və ya təyinat ölkəsinin qanunvericiliyi ilə müəyyən edilmiş digər hallarda siz gömrük rüsumunu ödəməlisiniz.

Azərbaycanda sifarişi təhvil almaq üçün e.customs.gov.az saytında və ya “Smart Customs” mobil tətbiqində gömrük bəyannaməsini doldurun. Bəyannaməsiz sifariş gömrükdən keçməyəcək, utilizasiya olunacaq və pulu geri qaytarılmayacaq.
Sifarişin bəyan edilməsi haqqında ətraflı

Həddin aşılması barədə bildiriş

Siz çatdırılma xidmətindən və ya ölkənizin gömrük orqanlarından SMS və ya mesencer vasitəsilə mesaj alacaqsınız. Mesajda ödənişin edilməsi üçün son tarix göstəriləcək. Mesaj sifariş rəsmiləşdirilərkən çatdırılma xidmətinə təqdim etdiyiniz əlaqə məlumatlarına göndəriləcək.

Rüsumun məbləği

Rüsumun məbləği malın qiymətindən və qabaritlərindən, konkret çatdırılma xidmətinin şərtlərindən və təyinat ölkəsinin gömrük qanunvericiliyindən asılıdır.

Əgər bir ay ərzində sifarişlərin ümumi dəyəri 300 ABŞ dollarını keçərsə, gömrük rüsumunu, ƏDV-ni və inzibati yığımı ödəyin; bu ödəniş, limitin aşılma məbləğinin təxminən 36%-ni təşkil edəcək.

Rüsumun məbləğini çatdırılma xidmətindən və ya ölkənizin gömrük orqanlarından dəqiqləşdirin.

Çatdırılma xidmətləri haqqında ətraflı

Rüsumun ödənilməsi

Rüsumu ödəmək üçün:

  1. Həddin aşılması barədə bildirişdə göstərilən əlaqə məlumatları vasitəsilə çatdırılma xidməti ilə əlaqə saxlayın.

  2. Rüsumu çatdırılma xidməti vasitəsilə və ya birbaşa gömrük orqanlarına ödəyin. Ödəniş üsulu ölkənizdən asılıdır.

    Rüsumun məbləği malın qiymətindən və qabaritlərindən, çatdırılma xidmətinin şərtlərindən və təyinat ölkəsinin gömrük qanunvericiliyindən asılıdır. Rüsumun məbləğini çatdırılma xidmətindən və ya ölkənizin gömrük orqanlarından dəqiqləşdirin.

  3. Ödəniş qəbzini və ya çekini çatdırılma xidmətinə göndərin.

Mündəricat

Naviqasiyanı gizlət

Naviqasiyanı göstər